Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.10.2026 10:28

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür.5 oktyabr 1966-cı ildə UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.Azərbaycanda Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.