Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.09.2026 10:36
Şəmkirdə avtomobil aşıb, Sumqayıtda yük maşını 53 yaşlı kişini vurub
Şəmkirdə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Avtomobillərdən biri idarəetmədən çıxaraq yolun kənarına aşıb.Nəticədə 1999-cu il təvəllüdlü S.Yusifov, 1998-ci il təvəllüdlü F.Niftəliyev və daha bir nəfər xəsarət alıb. Sumqayıtda 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyev idarə etdiyi yük avtomobili ilə 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vuraraq öldürüb.Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 51
