Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.09.2026 12:05

Fərid Şəfiyev: Qafqaz Albaniyası irsinin araşdırılması siyasi və elmi əhəmiyyət daşıyır

Bakıda “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Qafqaz Albaniyasının tarixi və irsi hərtərəfli araşdırılmalıdır. Bəzi erməni dairələri Qarabağdakı alban irsini erməni irsi kimi təqdim etməyə çalışır. Şəfiyev qeyd edib ki, Azərbaycanda müxtəlif xalqlara və dini icmalara məxsus tarixi abidələr qorunur.