Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.09.2026 12:04

Lerik və Ucarda narkotiklə bağlı iki nəfər saxlanılıb

Lerikdə polis tərəfindən saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən edilib.Ucarda isə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb.Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.