Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.09.2026 12:03

Xeyriyyə adı altında dələduzluq edən 70 yaşlı qadın saxlanılıb

Yasamalda xeyriyyə adı altında dələduzluq edən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir.