Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.09.2026 17:40
15 yaşlı futbolçu “Kəpəz” tarixində rekorda imza atıb
“Kəpəz” akademiyasının 15 yaşlı yetirməsi Əlisahib Əliyevlə peşəkar müqavilə imzalayıb.Klubun məlumatına görə, gənc qapıçı U-19 komandasının əsas qapıçısıdır. O, artıq Əvəzedicilər Liqası və Misli Premyer Liqasında da forma geyinmək hüququ qazanıb.Əlisahib Əliyev “Kəpəz” tarixində peşəkar müqaviləyə imza atan ən gənc qapıçı olub. Klubun tarixində yeniyetmə futbolçu ilə sonuncu belə müqavilə 2018-ci ildə bağlanıb.
- Baxış: 26
