Prezident: "Azərbaycan qalib xalq kimi qürurla yaşayır və qurur"
Azərbaycan qalib xalq kimi qürurla yaşayır və qurur.Prezident İlham Əliyev bugünkü dünyada, xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrin narahatlıq doğurduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi önəm verir. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsinin də bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb. İlham Əliyev dini liderlərin Qarabağa səfərinin əhəmiyyətindən danışaraq, onların işğalın ağır nəticələri və hazırda bölgədə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olacaqlarını bildirib. Dövlət başçısı qeyd edib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq Qarabağ və Şərqi Zəngəzurun 48 şəhər və kəndində 90 mindən çox insan yaşayır. Prezident Azərbaycan xalqının 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. O bildirib ki, Qarabağda törədilən hadisələr, Xocalı faciəsi və dağıdılmış məscidlər unudulmayacaq.İlham Əliyev Avropa Parlamentini Ermənistanı dəstəkləməkdə və Azərbaycana qarşı ikili standartlar tətbiq etməkdə ittiham edib. Ermənistanın işğalına görə vaxtında sanksiyalar tətbiq edilməyib, əksinə, Qarabağda separatizmin aradan qaldırılmasından sonra Azərbaycana qarşı sanksiya tətbiq olunub.İlham Əliyev Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb və qurumda korrupsiya hallarının ört-basdır edildiyini, həmçinin islamofob yanaşmaların mövcud olduğunu deyib.
- Baxış: 23
