Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.09.2026 12:05

Ombudsman kirayə elanındakı ayrı-seçkiliyə reaksiya verib

Ombudsman tərəfindən aparılan monitorinq zamanı elan saytlarından birində müəyyən qrup şəxslərə kirayə mənzilin verilməyəcəyini bildirən ayrı-seçkilik xarakterli elan aşkarlanıb. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilib. Ombudsman elan platformalarında insan hüquqları və bərabərlik prinsiplərinə əməl olunmasını, ayrı-seçkilik xarakterli məzmunun vaxtında müəyyən edilərək qarşısının alınmasını istəyib.Həmçinin belə halların aşkarlanması üçün süni intellekt, filtr və xəbərdarlıq mexanizmlərindən istifadə təklif olunub.