Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.09.2026 17:15

Yağış yağacaq, çaylarda sululuq artacaq - Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ölkənin  dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.