Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.09.2026 14:04

"Sabah"ın 19 yaşadək futbolçuları UEFA Gənclər Liqasında ilk matça çıxırlar

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün Bakı vaxtı ilə saat 17:00-da ilk oyununa çıxacaq.Adino Mustedanagiçin yetirmələri səfərdə “Mançester Yunayted”in U-19 komandası ilə qarşılaşacaq. Qeyd edək ki, “Sabah” U-19 tarixində ilk dəfə iştirak etdiyi turnirin əsas mərhələsində “Barselona”, “Vilyarreal”, “Borussiya Dortmund”, “Slaviya Praqa” və “Vikinq”lə də qarşılaşacaq.