Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.09.2026 12:05

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi  bu gün saat 23:59-da  başa çatır.Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.