Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.09.2026 12:12
İşə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb
Bakı sakini polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib.Polisin keçirdiyi əməliyyatla dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun paytaxt ərazisində və Abşeron rayonunda ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 34
