Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.09.2026 12:11

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Xəzər dənizində, eləcə də qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı keçirdiyi əməliyyatla Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ. Əhmədov saxlanılıb. Ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.Digər əməliyyat zamanı isə milli parkın ərazisində qanunsuz ov edən 4 nəfər saxlanılıb. Onlardan sənədləri olmayan 4 ov silahı və “Qırmızı Kitab”a daxil edilmiş 72 çöl quşu aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.Polis aidiyyəti dövlət qurumları ilə birgə su bioresurslarının və ekoloji tarazlığın qorunması məqsədilə nəzarət tədbirlərini davam etdirir.