Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.09.2026 17:54

Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu alıb

Azərbaycan Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində (AMERİPOL) müşahidəçi statusu əldə edib.Qərar AMERİPOL Direktorlar Şurasının fövqəladə sammitində qəbul olunub. Yeni status Azərbaycan polisinin digər ölkələrlə məlumat və təcrübə mübadiləsini genişləndirməsinə imkan verəcək. Əməkdaşlığın narkotik, kibercinayətkarlıq, insan alveri və digər transmilli cinayətlərə qarşı mübarizəni gücləndirəcəyi bildirilir.