Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.09.2026 16:08

DİM: 2027-ci il imtahanlarında ciddi dəyişiklik olmayacaq

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, 2027-ci ilin imtahan proqramlarında ciddi dəyişiklik olmayacaq.9 və 11-ci siniflərin buraxılış imtahanlarının əsas modeli əvvəlki kimi qalacaq. Yalnız 11-ci siniflərin xarici dil imtahanında yazı bacarıqlarını yoxlamaq üçün yeni tapşırıq tətbiq ediləcək.Ali məktəblərə qəbul imtahanlarının modeli isə 2026-cı ildə olduğu kimi qalacaq.