Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.07.2026 10:30

Venesuelada zəlzələ qurbanlarının sayı artır

Venesuelada baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 2 min 595 nəfərə çatıb, yaralıların sayı isə 12 mini keçib.Məlumatı prezident səlahiyyətlərini müvəqqəti icra edən Delsi Rodriqes açıqlayıb. Onun sözlərinə görə zəlzələlər zamanı Venesuelanın La-Quayra ştatında demək olar ki, bütün dövlət məmurları həlak olublar. Ölkədə axtarış-xilasetmə əməliyyatları davam edir. Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan seriyası qeydə alınıb.