Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.06.2026 10:26
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Venesuelada güclü zəlzələnin fəsadları ağırlaşır. Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1719 nəfərə, yaralananların sayı isə 5 min 34 nəfərə çatıb.Bu arada, zəlzələdən ən çox zərər çəkmiş La-Quayra ştatında 4,2 maqnitudalı yeni yeraltı təkan qeydə alınıb. Yeni təkan nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında əvvəlcə 7,1 maqnitudalı zəlzələ baş verib. Daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkan qeydə alınıb. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan olunub.
- Baxış: 61
