Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.06.2026 12:09

Türk dövlətləri prezidentləri: Qurultayın ideyaları bu gün də yaşayır

Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentləri Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” iştirakçılarına müraciət ünvanlayıblar.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur və Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin rəmzinə çevrilib.Qırğızıstan Prezidenti Sadır Japarov vurğulayıb ki, 100 il əvvəl Bakıda keçirilən qurultay türk xalqlarının intellektual dirçəlişinin əsasını qoyub və qəbul edilən qərarlar bu gün də türk dövlətləri arasında elmi, mədəni və strateji əməkdaşlığın inkişafına xidmət edir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Qurultayın 100 illik yubileyinin məhz Bakıda keçirilməsi təsadüfi deyil. O, Azərbaycanın bu gün də Türk dünyasının birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Qurultayı türk xalqlarının elmi və mədəni yüksəlişində mühüm tarixi hadisə kimi dəyərləndirib və forumun Türk dünyasında birlik və əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.