Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.06.2026 16:07
Azərbaycanda ilk dəfə unikal baş və üz əməliyyatı həyata keçirilib
Cənubi Qafqazda ilk dəfə Azərbaycanda unikal kraniofasial əməliyyat həyata keçirilib.Səhiyyə Nazirliyinin məlumatına görə, Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Crouzon sindromundan əziyyət çəkən xəstə üzərində mürəkkəb kraniofasial əməliyyat uğurla icra olunub. Əməliyyat zamanı xəstənin üz və kəllə sümüklərində korreksiya aparılıb, orta üz nahiyəsi önə çəkilib. Mütəxəssislər bildirirlər ki, bu cür əməliyyatlar yüksək texnologiya və xüsusi təcrübə tələb edir. Qeyd edək ki, bu, Cənubi Qafqazda həyata keçirilən ilk belə əməliyyat hesab olunur.
- Baxış: 33
