Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.06.2026 14:09

Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru və hökumət sədri Denis Afanasyevlə görüşüb. Görüşdə Azərbaycanla Həştərxan vilayəti arasında iqtisadi-ticari, investisiya, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub. Görüş zamanı Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi də xüsusi qeyd olunub.