Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.06.2026 10:30

Mingəçevir, Gəncə və Tovuzdan olan abituriyentlər qəbul imtahanında maksimum nəticə göstəriblər

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, iyunun 7-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 7 nəfər 400 bal toplayıb.Maksimum nəticə göstərənlər arasında Gəncə şəhərindən Əli Mehdiyev, Mingəçevirdən Burlaxatun Məcidli, Tovuz rayonundan İsrafil Qənbərov da yer alıb. Burlaxatun Məcidli qəbul imtahanının hər iki mərhələsinin nəticələrinə əsasən 700 bal toplayaraq ölkə birincisi olub.