Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.06.2026 10:24

İƏT Parlament İttifaqının 20-ci sessiyası ərəfəsində xarici nümayəndə heyətləri Bakıya gəlir

Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində yüksəksəviyyəli qonaqların Azərbaycana səfərləri davam edir.İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Ziya Öztürkler və Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali Bakıya gəliblər. Xatırladaq ki, beynəlxalq tədbir Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda təşkil olunur.