Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.06.2026 12:10
Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb
Bakının Qaradağ rayonunda yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Səngəçal karvansarasına ziyan vurulub.Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki,abidənin üzərindəki tarixi yazılar və tamğalar qum-sement məhlulu ilə örtülüb. Müdaxilənin izləri aradan qaldırılıb və tarixi elementlər bərpa olunub.Faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılır, məsul şəxslərin cəlb olunması üçün tədbirlər görülür. XV əsrdə inşa edilən Səngəçal karvansarası qədim karvan yolları üzərində yerləşən və tacir-səyyahların dayanacaq məkanı kimi istifadə olunan tarixi abidələrdən biridir.
- Baxış: 43
