Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.06.2026 17:38

DÇ-2026 təşkilatçıları azarkeşlərə qeyri-adi təklif irəli sürüb

FİFA azarkeşlərə 79 ABŞ dolları müqabilində Dünya Çempionatı oyunları zamanı stadionların böyük ekranlarında öz adlarını yerləşdirmək imkanı təklif edir.Xidmət qrup mərhələsinin bütün oyunlarını əhatə edir və adlar matçdan əvvəl isinmə zamanı stadion tablolarında göstəriləcək. Mətnlər 30 simvolla məhdudlaşdırılıb, emojilərə isə icazə verilmir. Qeyd edək ki, futbol üzrə Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.