Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.06.2026 14:04
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanılıb
Bakının Nərimanov rayonunda polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatla 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb.Araşdırmalarla həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox marixuana və tiryək aşkarlanıb. Onların narkotikləri paytaxtın müxtəlif ünvanlarına yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda araşdırmalar davam etdirilir.
- Baxış: 66
