Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.06.2026 14:04

"Gəncə"nin voleybolçusu Ukrayna millisinə dəvət alıb

"Gəncə"nin voleybolçusu Olena Napalkova Millətlər Liqası və Avropa çempionatının oyunları üçün Ukrayna millisinə dəvət alıb.  Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq. İyunun 3–7-də Ukrayna millisi ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21–27-də Çexiyada mübarizə aparacaq.