Bu günə xəbərlərin oxunma sayı: 666
—
08.05.2026 17:28
ABŞ İranın sülh təklifinə cavab gözləyir, dəniz məhdudiyyətləri davam edir
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İranın “müharibəyə son qoymaq” təklifinə hələ cavab verilməyib. O qeyd edib ki, Vaşinqton hazırda Tehrandan rəsmi cavab gözləyir və təklifin ciddi olacağına ümid edir.Rubio həmçinin NATO ilə bağlı açıqlama verərək bəzi müttəfiqlərə tam etibar edilmədiyini bildirib və bunun ABŞ-ın hərbi resurslarının idarə olunmasına təsir etdiyini vurğulayıb.ABŞ Mərkəzi Komandanlığı İranla bağlı dəniz məhdudiyyətlərinin davam etdiyini açıqlayıb. Məlumata görə, 70-dən çox tanker İran limanlarına giriş-çıxış imkanından məhrum edilib. 50-dən çox gəmi geri qaytarılıb. ABŞ tərəfi İrana qarşı dəniz blokadasının davam etdiyini açıqlayıb.
- Baxış: 67
