Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.05.2026 17:27

"Qarabağ" 70 min manatdan çox cərimələnib, Marko Yankoviçə 8 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi “Qarabağ” klubunun futbolçusu Marko Yankoviçə 8 oyunluq cəza verib.Qərar Azərbaycan Kubokunun yarımfinalında “Sabah”la keçirilən cavab oyunundan sonra Yankoviçin hakimə fiziki təzyiq göstərməyə cəhd və hədə-qorxu hərəkətləri etdiyinə görə qəbul olunub. Azarkeşlərin davranışı, meydana kənar əşyaların atılması, pirotexniki vasitələrdən istifadə və stadionda vurulan ziyan klub üçün əlavə maliyyə itkiləri yaradıb.Komandanın qapıçısı Mateuş Koxalski 1 oyun, məşqçi Hüseyn Seyidov isə 6 oyunluq cəza alıb. Klub əməkdaşı İlqar Şamilov da 5 oyunluq diskvalifikasiya olunub.Rəqib “Sabah” klubu da azarkeş davranışları və qayda pozuntularına görə cərimələnib.AFFA bildirib ki, bu cür hallara qarşı gələcəkdə daha sərt tədbirlər görüləcək.