Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.05.2026 10:32

Tramp: İran nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb

ABŞ Prezidenti Donald Trump bəyan edib ki, İran danışıqlar zamanı nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb. ABŞ lideri son 24 saat ərzində Vaşinqton və Tehran arasında aparılan danışıqların müsbət keçdiyini vurğulayıb və yekun razılaşmanın əldə olunmasını “çox mümkün” adlandırıb. O bildirib ki, razılaşma onun mayın ortalarında planlaşdırılan Çin səfərindən əvvəl də imzalana bilər.Trampın sözlərinə görə, mümkün razılaşma çərçivəsində İran yüksək zənginləşdirilmiş uranı ABŞ-yə ixrac etməli və yeraltı nüvə obyektlərindən aktiv istifadə etməməlidir.Amerika lideri həmçinin xəbərdarlıq edib ki, razılaşma pozularsa, İrana qarşı zərbələr yenidən başlaya bilər.Digər tərəfdən, İranın Hörmüz boğazı ətrafında ticarət gəmilərinə dəstək verməyə hazır olduğu bildirilir. Eyni zamanda, İran bütün BMT üzv dövlətlərini ədalətli davranmağa və ABŞ-ın Hörmüz boğazında gəmiçiliklə bağlı qətnamə layihəsini dünya təşkilatının Təhlükəsizlik Şurasında dəstəkləməməyə çağırır.Bu barədə İranın təşkilatdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.