Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.05.2026 17:42
İlham Əliyev Bakıda küçənin açılışda iştirak edib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakının Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.Ərazidə genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılıb, küçə boyunca infrastruktur tam yenilənib, su, kanalizasiya və qaz xətləri müasir sistemlərlə əvəz olunub, yaşıllaşdırma və istirahət zonaları yaradılıb.Layihə çərçivəsində piyada hərəkəti üçün yeni keçidlər salınıb və Mərkəzi Parka çıxış imkanları yaxşılaşdırılıb. Həmçinin ərazidəki tarixi memarlıq abidələri bərpa edilib, şəhərin estetik görünüşü daha da yaxşılaşdırılıb.
- Baxış: 47
