Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.05.2026 16:10

Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

Təəssüf ki, Qarabağ 30 il ərzində münaqişə ilə assosiasiya olunurdu, lakin Azərbaycan regionda sülhə can atır.Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.O qeyd edib ki, Azərbaycan bütün qonşularla, o cümlədən Ermənistanla mehriban münasibətlərin qurulmasının tərəfdarıdır və sülh prosesi davam edir.Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyaraq gənclər mərkəzinə çevrilir, Qarabağ isə genişmiqyaslı bərpa və inkişaf zonasıdır. Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır.