Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.05.2026 10:13

Goranboyda və Cəlilabadda ağır yol qəzaları baş verib

Goranboyun Sarovlu kəndində Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilin marketin dəmir hasarına çırpılması nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır xəsarətlər alıb.Cəlilabadda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər - ​1998-ci il təvəllüdlü Sərraf Qurbanov, ​1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, ​1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, ​1996-cı il təvəllüdlü Aqşin Rzazadə və şəxsiyyəti dəqiqləşdirilən daha bir nəfər xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.