Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.04.2026 10:11

Tovuzda avtomobil divara çırpılıb, Yevlaxda isə aşıb

Tovuzun Dondar Quşçu kəndində Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.Yevlax rayonunun Kövər kəndi ərazisində 1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan 2016-cı il təvəllüdlü yeniyetmə qız ölüb.Faktlarla bağlı araşdırma aparılır.