Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.04.2026 16:11

ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib

ANAMA Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində indiyə qədər icra edilən əməliyyatlar zamanı 256 ha ərazini mina və partlayıcı sursatlardan təmizləyib.2024-cü ildən bu günə qədər 1 102 piyada əleyhinə, 125 tank əleyhinə mina və 62 digər partlayıcı vasitə aşkarlanaraq zərərsizləşdirilib.Çətin relyef və yüksək mina çirklənməsi əməliyyatları mürəkkəbləşdirir.Minatəmizləmə işləri 2024-cü ilin aprelindən başlanıb və hazırda yaşayış məntəqələrində davam etdirilir.Ümumilikdə isə 2020-ci ilin noyabrından bəri azad edilmiş ərazilərdə 265 min hektardan çox sahə təmizlənib.