Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.04.2026 14:16
İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə və həmin dövrün müxtəlif kateqoriyalarına aid vətəndaşlara birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, müharibə iştirakçılarına 2 750 manat, digər aidiyyəti kateqoriyalara, o cümlədən həlak olmuş döyüşçülərin ailə üzvləri, arxa cəbhədə çalışan və təltif olunmuş şəxslərə, həmçinin Leninqradın müdafiəsi və mühasirəsi iştirakçılarına 1 500 manat birdəfəlik yardım veriləcək.
- Baxış: 79
