Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.04.2026 17:38
"Kəpəz" akademiyasının üzvləri ilə peşəkar müqavilə imzalanıb
"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılovla peşəkar müqavilə imzalanıb.Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Hər iki futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər nəzrdə tutulub.16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçidir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.
- Baxış: 94
