Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.04.2026 12:11
Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər
Paytaxt ərazisində avtoxuliqanlıq edən, ictimai asayişi kobud şəkildə pozan sürücülər polis tərəfindən saxlanılıblar. 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan, təhlükəli şəkildə idarə edərək digər yol hərəkəti iştirakçılarının həyatına ciddi risk yaradıblar. Onlar bu anları sosial şəbəkələrdə də paylaşıblar.Faktla bağlı həmin şəxslər barəsində 20 sutka müddətinə inzibati qaydada həbs tətbiq olunub.
- Baxış: 53
