Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.04.2026 14:12

Dünən keçirilən buraxılış imtahanının nəticələrinin açıqlanma vaxtı bəlli olub

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib.DİM-dən bildirilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.