Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.04.2026 12:09
Azyaşlıların hərəkətə gətirdiyi avtomobil iki piyadanı vurub
Bakının Xətai rayon sakini İlham Qasımov "VAZ" avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Onun iki azyaşlı - 7 və 6 yaşlı övladları - nəqliyyat vasitəsinin sürətlər qutusuna müdaxilə edərək hərəkətə gətirib.Uşaqlar avtomobildən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan nəqliyyat vasitəsi yolda olan iki qadını vurub.Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
- Baxış: 82
