Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.04.2026 12:14

İsrail İranda "Qüds" korpusunun mühəndisi Mehdi Vəfaini öldürüb

İsrail Hərbi Hava Qüvvələri İranda “Qüds” qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfaini öldürüb.Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.Zərbə martın 31-də kəşfiyyat məlumatları əsasında Məhlət rayonuna endirilib.Mehdi Vəfai İranın “Hizbullah” təşkilatı və Əsəd rejimi üçün yeraltı infrastrukturun qurulmasına rəhbərlik edib, həmçinin Livanda müasir silahların saxlanması məqsədilə çoxsaylı layihələri idarə edib.Həmçinin, İranın İsrailə endirdiyi zərbə nəticəsində isə  azı 14 nəfər yaralanıb.11 nəfər yüngül xəsarət alıb, daha üç nəfər ağır vəziyyətdədir, onların arasında iki uşaq var.