Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.03.2026 14:22

Ölkədaxili sifarişli daşımalar üçün yeni tələblər təsdiqlənib

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər sürücülər tibbi müayinə nəticələri, texniki yoxlama və sığorta sənədləri, həmçinin xüsusi hazırlıq keçdiklərini təsdiqləyən məlumatları təqdim etməlidirlər. Dəyişikliklər daşımaların təhlükəsizliyinin artırılmasına xidmət edir. Həmçinin "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də də dəyişiklik olacaq.