Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.03.2026 10:22

Ceyhun Bayramov Əraqçiyə dron hucumları barədə: Araşdırmaların tamamlanması vacibdir

Xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikası istiqamətində dron hücumlarından sonra aparılan araşdırmaların tezliklə tamamlanmasının vacibliyini vurğulayıb.Həmçinin müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının önəmi, bölgədə eskalasiyanın qısa müddətdə dayandırılması və problemlərin danışıqlar yolu ilə həllinin zəruriliyi qeyd olunub.Abbas Əraqçi ABŞ və İsrailin hücumlarının beynəlxalq hüquqa zidd olduğunu bildirib və İranın cavab tədbirlərinin yalnız hərbi hədəflərə yönəldiyini deyib.