Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.03.2026 10:25

Səudiyyə Ərəbistanı PUA-ları vurdu, Dubay aeroportunda reyslər dayandırıldı

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İran ərazisindən göndərildiyi bildirilən 30 pilotsuz uçuş aparatını məhv edib. Dronlar krallığın şərqində yerləşən Əş-Şərqiyyə əyaləti üzərində vurulub.Regiondakı gərginlik fonunda Dubay Beynəlxalq Hava Limanında pilotsuz aparatla bağlı insident baş verib. Yanacaq çəninin zədələnməsi nəticəsində yaranan yanğından sonra hava limanında reyslərin qəbulu və yola salınması müvəqqəti dayandırılıb. Yanğın nəzarətə alınıb, xəsarət alanlar barədə məlumat yoxdur.