Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.03.2026 16:09

Süni intellektdən istifadə edərək qadınları şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə vətəndaşların foto və videolarını montaj edərək şantaj edən 21 yaşlı Mirhüseyn Atakişiyevi saxlayıb.O, “TikTok”, “Instagram” və “Telegram” platformalarından qadınların görüntülərini əldə edib, süni intellekt proqramları ilə onları təhrif edərək təhqiramiz formada yayıb,görüntülərin silinməsi və yayılmaması müqabilində zərərçəkənlərdən pul tələb edib. Faktla bağlı cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi vətəndaşları sosial şəbəkələrdə şəxsi məlumat və görüntüləri paylaşarkən daha diqqətli olmağa çağırır.