Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.03.2026 17:44
Paşinyan: Azərbaycanla sülh növbəti yüz, hətta min il ərzində əhəmiyyət kəsb edəcək
Azərbaycanla sülh növbəti yüz, hətta min il ərzində əhəmiyyət kəsb edəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində bildirib ki, 2025-ci il 8 avqustda Vaşinqton sammitində Azərbaycanla Ermənistan arasında imzalanan sülh bəyannaməsi Cənubi Qafqaz üçün son iki il yarımın ən mühüm hadisəsidir. O, vurğulayıb ki, Ağ Evdə Prezident İlham Əliyev ilə birgə imzalanan sənəd rəsmi olaraq iki ölkə arasında sülhü təsbit edib. Paşinyan Prezident İlham Əliyevə Azərbaycan vasitəsilə dəmir yolu yükdaşımalarının bərpasına görə minnətdarlığını ifadə edib və bildirib ki, Ermənistan bu gündən etibarən öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsini təmin etməyə hazırdır.
- Baxış: 64
