Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 12:11

Sürücülük hüququ olmayan gəncin sükan arxasına keçməsi faciə ilə nəticələnib

Masallıda sürücülük hüququ olmayan Orxan Zamanov gecə saat 02:00 radələrində Kənan Rufullayevə məxsus “Mercedes”i idarə edərkən daş hasara çırpılıb. Hadisə zamanı 21 yaşlı Orxan Zamanov ölüb, avtomobil sahibi Kənan Rufullayev xəsarət alıb.Baş Dövlət Yol Polisi sürücülük hüququ olmayan şəxslərə avtomobilin etibar edilməsinin ağır nəticələrə səbəb ola biləcəyini bildirib.