Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.03.2026 12:13

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin növbəti tədarükü həyata keçirilir.Azərbaycan Dəmir Yolları-nın Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 31 vaqonda 1 984 ton dizel yanacağı və 2 vaqonda 135 ton gübrə yola salınıb.Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.Qeyd edək ki, bu ölkəyə yanacaq daşınmasına Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında qəbul etdiyi qərardan sonra başlanılıb və tədarüklər davam edir.