Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.03.2026 10:23

İrandan Azərbaycana 50 nəfər təxliyə edilib

Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub.Onlardan 7-si Azərbaycan, 10-u Tacikistan, 11-i Rusiya, 17-si Çin, 5 nəfəri isə Serbiyanın İrandakı diplomatik korpusunun nümayəndələridir.Gecə saat 12-ə qədər təxliyə olunanlardan 5-i azyaşlıdır.ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 603 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.