Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2026 14:15
Azərbaycan və Latviya XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Riqada Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Azərbaycan nümayəndə heyətinə Emil Səfərov, Latviya tərəfinə isə Agnese Kalnina rəhbərlik edib. Görüşdə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti, yeni ikitərəfli sənədlərin imzalanması və xidmətlərin rəqəmsallaşdırılması imkanları müzakirə olunub. Tərəflər həmçinin hüquq-mühafizə, miqrasiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində nümayəndə heyəti Kaspars Abolins tərəfindən də qəbul olunaraq daxili işlər orqanları arasında əlaqələrin gücləndirilməsi və hüquqi baza inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
- Baxış: 40
