Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.02.2026 16:12
Ali Məhkəmə: Şəxsin "WhatsApp" yazışmalarının izlənilməsi qadağandır
Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenum qərarına əsasən, şəxsin “WhatsApp” və digər rabitə vasitələri ilə apardığı yazışmaların onun razılığı olmadan izlənilməsi, əldə edilməsi və yayılması qanunsuzdur və şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılır. Tərəflər məhkəmədə yalnız öz aralarındakı yazışmaları sübut kimi təqdim edə bilərlər. Digər şəxslərlə aparılan yazışmaların yayılması və ya mediada paylaşılması isə qadağandır.Bu hüquq yalnız qanunla nəzərdə tutulmuş hallarda – cinayətin qarşısının alınması və ya istintaq zamanı məhdudlaşdırıla bilər.
- Baxış: 43
